Xəbər lenti
Azərbaycanın keçmiş hərbi prokuroru vəfat etdi

1993-1995-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini- hərbi prokuroru olmuş general mayor Təhməzov Nizami İsa oğlu dünyasını dəyişib.
Manevr.az bildirir ki, bu barədə mərhumun qardaşı Ramiz Təhməzov məlumat verib. O vurğulayıb ki, qardaşı Nizami Təhməzov ürək çatışmamazlığından, 70 yaşında dünyasını dəyişib və Sumqayıt qəbristanlığında dəfn edilib.
Mərhumun 3 mərasimi sabah saat 10:00-dan Həzi Aslanov metrosunun yaxınlığındakı "Zəm-zəm" mərasim evində keçiriləcək.
Allah Rəhmət eləsin!
Xatırladaq ki, Nizami İsa oğlu Təhməzov 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1982-ci ildə Bakı şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, 1992-ci ildən Respublika hərbi prokurorunun 1-ci müavini vəzifələrində çalşıb. N. Təhməzov 1993-1995-ci illərdə Respublika hərbi prokuroru olub. 1994-cü il noyabr ayının 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Ədliyyə general –mayoru rütbəsi verilib.(unikal.org)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar