Xəbər lenti
Milli Qəhrəman Etibar İsmayılovun xatirəsi anılıb -Ağcabədidə

Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun xatirəsi onun adını daşıyan Ağcabədi rayonu Hindarx qəsəbə tam orta məktəbində anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın büstü önünə tər çiçəklər düzərək, xatirəsini yad ediblər.
Etibar İsmayılovun ailə üzvləri, müəllimləri və döyüş dostları anım mərasimində çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Etibar Bəylər oğlu İsmayılov 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. 1990-cı ildə könüllü olaraq müdafiə batalyonlarından birinə yazılaraq Vətənimizin müdafiəsində iştirak edib. Bir sıra döyüşlərdə igidliklər göstərib. 1994-cü il yanvarın 4-də Xocavənd rayonunun Nərgiztəpə və Ceyil yüksəkliyi istiqamətindəki əməliyyat onun son döyüşü olur. Mühasirəyə düşən dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atır və onu ekipajla birlikdə məhv edir.
Elə həmin il Azərbaycan Prezidentinin Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün təhsil aldığı Hindarx qəsəbə tam orta məktəbi onun adını daşıyır.
Tədbirdə məktəblilərin ifasında kompozisiya göstərilib.
Mərasim iştirakçıları məktəbdə yaradılan fəxri guşə ilə tanış olduqdan sonra Hindarx qəsəbəsindəki Şəhidlər xiyabanını ziyarət ediblər.


Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar