Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib -FOTOLAR

Tarix: 27-12-2017 22:06     Baxış: 3685 A- / A+
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıt Dünya məktəbinin şagirdləri üçün “Açıq qapı günü” keçirilib. Qonaqları salamlayan Kitabxana Klubun direktoru Zərnigar Babayeva kitabxana haqqında geniş məlumat verib. Sonra qonaqlar Kitabxana Klubda fəaliyyət göstərən Rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə taniş olublar. Sərgidə Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsm əsərləri nümayiş olunub. Daha sonra uşaqlar üçün təşkil olunmuş “Nağıl otağı”nda “Sehirli torba” kitabı üzrə nağıl saatı keçirilib, Azərbaycan və Alman nağılları əsasında hazırlanmış “Cik-Cikin nağılı” və “Hansel və Qretelin nağılları” kukla tamaşası nümayiş olunub.

S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində “Qış nağılı” adlı səhərcik keçirilib. Tədbirdə uşaq şöbəsinin oxucuları Rəsul Bəhmənli, İnci Hüseynzadə, İsmayıl Hüseynovun ifasında şeirlər, Aynur Kərimova, Lətifə Mahmudova, İnci Hüseynzadə, Ayan Ağayeva, Zəhra Bəşirli, Kənan Bəşirlinin ifasında “Yeni il gəldi”, “Sevimli yolka” mahnıları, Vüqar Seyidzadə və Kənan Mahmudovun sazda, Cavidan Mirzəzadənin tarda, Ərtoğrul Salıflının qarmonda ifaları, eləcə də, İnci Hüseynzadənin “Cırtdanın nağılı” nı musiqili şəkildə ifası maraqla qarşılanıb. Uşaqların sevimlisi-Şaxta baba və Qar qızın gəlişi şənliyə daha da xoş ovqat qatıb. Uşaqlar Şaxta baba və Qar qızla rəqs edib, mahnı oxuyub, yanıltmaclar, lətifələr söyləyiblər. Tədbirdə “Xoş gəlmisən təzə il” başlığı altında sərgi nümayiş edilib.

S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbində
keçirilən tədbiri məktəbin müəllimi Elnarə Xankişiyeva açaraq Dünya Azərbaycanlıların Həmrəylik Günü haqqında geniş məlumat verib. Tədbir şagirdlərin ifasında konsert proqramı ilə davam edib. Elsevər Əmirovun ifasında “Dilkəş” tənifi”, Nihat Məmişovun ifasında A.Dvorjakın “Slavyan rəqsi” (tar), Zöhrə Əhmədovanın ifasında “Ay işığında” (kamança), Əhməd Alməmmədovun ifasında “Naxçıvani” el havası (sazda) maraqla dinlənilib. Daha sonra məktəbin skripkaçılar, qarmonçalanlar, nağaraçılar ansambllarının ifasında musiqi nömrələri, “Cəsur şahinlər” rəqs ansamblının ifasında “Yallı” rəqsi alqışlarla qarşılanıb.

Şuşa şəhər Bülbülcan adına UMM-nin kollektivi 1saylı Sağlamlıq İmkanları Məhdud Usaqlar Üçün Sosial Xidmət Müəssisəsində
konsert proqramı ilə çıxış edib və uşaqları bayram hədiyyələri ilə təbrik ediblər. Konsertdə məktəbin müəllim və şagirdlərindən ibarət Bülbülcan ansamblının ifasında xalq və bəstəkar mahnıları, instrumental musiqilər səslənib.

Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar