Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Musiqi məktəbinin kollektivi Gürcüstanda -FOTOLAR

Tarix: 25-12-2017 15:52     Baxış: 3456 A- / A+
Musiqi məktəbinin kollektivi Gürcüstanda


Manevr.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstan Respublikası Tbilisi şəhərində fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 100 illik yubileyi və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Gürcüstan Respublikasının Tbilisi və Marneuli şəhərlərində keçirilən tədbirlərdə konsert proqramları ilə çıxış edib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva artıq bir neçə ildir ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Xırdalan şəhər 11 illik musiqi məktəbi ilə əməkdaşlıq etdiklərini diqqətə çatdıraraq, təşkil olunan tədbirlərdə məktəb kollektivinin böyük heyətlə iştirakına yaradılan şəraitə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və şəxsən nazir cənab Əbülfəs Qarayevə minnətdarlığını bildirib.

Sonra tədbir konsert proqramı ilə davam edib. Tədbirdə məktəbin “Nağaraçılar” ansamblının çıxışı, xaıq çalğı alətləri ansamblının ifasında Tofiq Quliyevin və digər Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də, xanəndəlik sinfi şagirdlərinin ifasında muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda mətəktəbin direktoru əməkdar müəllim İkram Manafov səmimi qarşılanma və yüksək səviyyədə təşkilati şəraitin yaradılmasına görə təşəkkür edib.

Tədbirdə iştirak edən Marneuli şəhərinin meri-Temur Avazov, Marneuli bələdiyyəsinin sədri-Amiran Kevorqadze, Gürcüstanın Barış və Vətəndaş bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müşaviri- Ayaz Məmmədov, Bölgə qubernatorunun müavini-Zaur Darğallı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı-Fəxri Hacıyev və başqaları məktəb kollektivinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıblar.

Musiqi məktəbinin kollektivi Gürcüstanda
Musiqi məktəbinin kollektivi Gürcüstanda
Musiqi məktəbinin kollektivi Gürcüstanda

Musiqi məktəbinin kollektivi Gürcüstanda

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar