Xəbər lenti
Mədət Quliyev musiqi məktəbinin 50 illiyinə qatıldı

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində orta musiqi məktəbinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DTX rəisi, general-polkovnik Mədət Quliyev çıxış edərək musiqi məktəbinin müəllim-şagird kollektivini təbrik edib.
M.Quliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:"Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin tərəqqisinə, geniş beynəlxalq arenada milli tariximizin, incəsənətin, musiqinin, o cümlədən klassik muğam və aşıq sənətinin inkişafı üçün çox böyük töhfələr verib, möhtəşəm layihələr həyata keçirilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən mədəni tədbirlər, beynəlxalq musiqi və mahnı müsabiqələri dünyaya səs salıb. Ümummilli lider Heydər Əliyevin yaratdığı Musiqi məktəbi bu gün də diqqət mərkəzindədir. Bu musiqi məktəbində Prezident İlham Əliyev və Sevil Əliyeva da təhsil alıb".
Tədbirdə məktəbin əməkdaşlarına mükafatlar və fəxri adlar təqdim olunub.
Sonda bəzədilmiş səhnədə məktəb şagirdləri tərəfindən musiqi kompozisiyaları, səhnəciklər və rəqslər təqdim olunub və məşhur bəstəkarların əsərlərindən hissələr ifa olunub.qafqazinfo
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar