Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda vətənpərvərlik ruhunda tədbirlər keçirilib -FOTOLAR

Tarix: 21-12-2017 17:24     Baxış: 3454 A- / A+
Sumqayıtda vətənpərvərlik ruhunda tədbirlər keçirilib


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Manevr.az -a verilən xəbərə görə, Sumqayıt Şəhər Mədəniyyət Evinin kollektivi əsgər və zabitlərin asudə vaxtının təşkili məqsədilə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Tədbirdə “Veteranlar” xorunun dirijoru Türkan Mahmudova, bədii qiraət dərnəyinin üzvləri Asiman Rzayev, Tunar Əsgərzadə, Əlipaşa Paşayevin ifasında Ramiz Duğun və Zəlimxan Yaqubun ulu öndər Heydər Əliyevə həsr olunmuş və vətənpərvərlik ruhunda yazılmış şeirləri dinlənilib.

Şəhər Mədəniyyət Evinin solistləri Zaur Yusifli, Kamil Ağazadənin ifasında vətənpərvərlik ruhlu mahnılar əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.

Sonda hərbi hissənion əagər və zabit heyəti Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən təşkil olunan kitab sərgisi ilə tanış olub.

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda 2016-cı ilin Aprel aytında keçirilən döyüş əməliyyatları zamanı şəhid olan igidlərimizin əziz xatirəsinə həsr olunmuş "Biz sizdən öyrəndik qəhrəmanlığı" adlı tədbir keçirilib.

Tədbirdə Qarabağda gedən döyüşlərdə şəhid olan vətən oğullarımız, onların şərəfli döyüş yolu haqqında oxuculara geniş məlumat verilib.

Sonra 28 saylı məktəbin 3 c sinfinin şagirdləri vətənə, şəhidlərə həsr olumuş şeirlərdən nümunələr səsləndiriblər.

Sonda mövzu ilə əlaqədar kitabxanada sərgilənən ədəbiyyatların xülasəsi verilib.

Sumqayıtda vətənpərvərlik ruhunda tədbirlər keçirilib
Sumqayıtda vətənpərvərlik ruhunda tədbirlər keçirilib
Sumqayıtda vətənpərvərlik ruhunda tədbirlər keçirilib
Sumqayıtda vətənpərvərlik ruhunda tədbirlər keçirilib
Sumqayıtda vətənpərvərlik ruhunda tədbirlər keçirilib
Sumqayıtda vətənpərvərlik ruhunda tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar