Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib -FOTOLAR

Tarix: 19-12-2017 15:00     Baxış: 3676 A- / A+
Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Sumqayıt Gənclər və İdman Baş idarəsi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib.

Sumqayıt Dövlət Rəsm Qalereyasında S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin “Sizi təbrikə gəlmişik” adlı layihəsi əsasında gerçəkləşən tədbiri giriş sözü ilə yazıçı, publisist Hafiz İmamnəzərli açaraq, qalereyanın yaranması, fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Ceyran Axundova, Əməkdar İncəsənət xadimi Vaqif Nəzirli, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, rejissor Etibar Bənnayev, S.Vurğun adına Mərkəzi Kitabxananın direktoru Yeganə Əhmədova çıxış edərək Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşlarını təbrik edib, xoş arzularını çatdırıblar.

Ceyran Axundova Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin imzaladığı fəxri fərmanları qalereya əməkdaşlarına təqdim edib.

Sonra Sumqayıt Gənclər və İdman Baş idarəsinin əməkdaşı Ceyhun Hüseynov, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova, Nizami Gəncəvi adına Kitabxana Klubun direktoru Zərnigar Babayeva yubilyarları hədiyyələrlə təbrik ediblər.

Daha sonra S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəznində fəaliyyət göstərən Sabir Sarvan adına “Uşaq poeziya klubunun” üzvləri İnci Hüseynzadə, Rəsul Bəhmənli, İsmayıl Hüseynov, İlahə Bağıyeva, Zəhra Bəşirli, Aynur Kərimova, Ayan Ağayeva, Ərtoğrul Salıflı və digərlərinin ifasında sumqayıtlı şairlərin Sumqayıta həsr olunmuş şeirləri, Sumqayıt əfsanəsini əks etdirən səhnəcik və uşaqların rəsm sərgisi, eləcə də, Hafiz İmamnəzərli və Etibar Bənnayevin birgə layihəsi əsasında çəkilmiş Sumqayıt Dövlət Rəsm Qalereyasının tarixini və fəaliyyətini əks etdirən “50 illik şərəfli yol” filmi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Təbrikə gələnləri səmimiyyətlə qarşılayan Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib və Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun imzaladığı fəxri fərmanları təqdim edib.

Tədbirdə “Art suvenir” satış sərgisi acıq elan olunub. Sərgidə sumqayıtlı rəssamların əsərləri, eləcə də, dekorativ və tətbiqi sənət ustalarının əl işləri, bəzək əşyaları nümayiş olunub.

Tədbirdə həmçinin, mədəniyyət müəssisələrinin rəsm dərnəyi üzvlərinin rəsm sərgisi nümayiş olunub, Şəhər Mədəniyyət Evinin “Odlar yurdu” rəqs ansamblının, “Qobustan”nağaraçalanlar qrupunun, müğənni Zaur Yusiflinin çıxışları alqışlarla qarşılanıb.

Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib
Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib
Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib
Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib
Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib
Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib
Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib

Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib
Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar