Xəbər lenti
Aytən Səfərova sənət adamlarını adbaad tənqid etdi

Aytən Səfərova sənət adamlarını adbaad tənqid etdiTanınmış televiziya və radio aparıcısı Aytən Səfərova son günlər sənət adamları arasında baş verən qalmaqallara münasibət bildirib.
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, aparıcı onları barışığa və həmrəyliyə dəvət edib:
"Müğənnilər! Bəsdir bir-birinizə təhqirlər yağdırdınız. Ayıbdır! Təranə Qumral-Nazənin, Röya-Nigar-İradə, Tolik-Rəhim. Vallahi, böyüyən nəslə örnək olmaq, həmrəy olmaq əvəzinə bir-birinizi qırırsınız. Kənardan bu, çox pis görünür. Hər birinizin ayrı-ayrılıqda hörmətiniz, on minlərlə pərəstişkarınız var. Onların arasında mənim qızım kimi yeniyetmələr də mövcuddur. Hansı saytı açırsan - gah əri bölüşdürə bilməriblər, gah paltar söhbəti gedir, gah biri digərindən şou-biznesdə üstün olmasını nümayiş etdirib öz eqosunu sakitləşdirir və s. Bir-birinizə düşmən kəsilməyin. Bir düşmənimiz var - mahnılarımızı özününküləşdirən erməni. STOP artıq. Böyüklüyünüzü göstərin. Qarşıdan həmrəylik günü gəlir..."
Qeyd edək ki, A.Səfərova aktiv sosial şəbəkə istifadəçisidir və mütəmadi olaraq həm sosial problemlər, həm də sənət aləmində baş verənlərə münasibətini açıqlayır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar