Xəbər lenti
Deputat AzTV ilə İTV -ni birləşdirməyə çağırdı — Adını da “İctimai AzTV” qoymaq olar
Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) və İctimai Televiziyanın (İTV) fəaliyyətini sərt şəkildə tənqid edib.
Manevr.az deputatın çıxışını ixtisarsız təqdim edir:
“Axtarsan, bəlkə də, hörmətli Alışanov cənablarının qara rəngli dəftərlərinin içində surdotərcüməçilərə vəsait ayrılması ilə bağlı qeydləri tapmaq mümkün olar. Necə olsa da, təcrübəli televiziya təsərrüfatı işçisidir, anlamamış deyil ki, bu ölkədə eşitmə əngəli olan xeyli vətəndaş var və onların da, xəbərləri dinləmək haqqı beynəlxalq konvensiyalarda nəzərdə tutulub. Ancaq qara dəftərlərdə olanlar çox zaman realda olmur, bu da bizə çoxdan tanış olan məsələdir.
AzTV-ni yenə də anlamaq olar, qapalı cəmiyyətdir, İctimai TV isə fərqli təbəqələrin üzünə açıq olmalıdır. Onlar niyə qara dəftərdə yazılanları reallıqda tətbiq etmirlər? Burada surdotərcüməçilərə ödəməyə pul tapılmır? Belə görürəm ki, büdcədən ayrılan dövlət vəsaitinə qənaət etmək üçün bu iki mahiyyətcə eyni düşüncə tərzinin məhsulu olan televiziyaları birləşdirib adını da İctimai AzTV qoymaq olar, 44 milyonun da 22 milyonunu kəsib şəhid ailələri və Qarabağ əlilləri üçün evlərin tikintisinə yönəltmək olar.
"İctimai AzTV" termini, məncə, mahiyyətə tam uyğun tapıntıdır, çünki bu zaman nəhayət ki, AzTV öz tarixində ilk dəfə olaraq ictimailəşəcək, İctimai TV də olduğu kimi görünərək, AzTV-nin içindən Azərbaycana boylanacaq. Necə deyərlər, “alma almaya əməlli başlı bənzəyəcək!” Millətə də xeyri budur ki, bundan sonra hörmətli Cəmil müəllimin vaxtilə yediyi almanın qabığını yeməkdən xilas olacaq. Təqribən Gülümsərovun tanış Limandrası kimi bir şey yaranacaq. İctimai AzTV-miz xeyirli olsun!”.//Ölkə.az//
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar