Xəbər lenti
Xalq artisti adı erməni ilə hallanan qızının müdafiəsinə qalxdı
Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın adının erməni ilə hallandırılması atasını qəzəbləndirib.
Manevr.az xəbər verir ki, yenicag.az-a açıqlama verən xalq artisti qızına qarşı qara piar aparıldığını deyib:
“Şəfəqin adını ermənilərlə hallandırmayın. Qızımı şərləməyin, ayıbdır. Şəfəq hər il dünyanın müxtəlif ölkələrinə dəvət alır, Azərbaycanı yüksək səviyyədə təmsil edir. Bəzi insanlar qısqanclıqdan qızımın əleyhinə qara piar aparırlar. Onlara səslənib deyirəm ki, belə işlərlə məşul olmaqdansa, gəlin qızımdan öyrənin və siz də onun kimi ölkəmizi dünyada layiqincə təmsil edin. Əlbəttə, Şəfəq ona gələn dəvətləri araşdırmır. O, hardan bilsin ki, dəvət göndərən ermənidir? Əgər hansısa ölkədən ona erməni tərəfindən dəvət gəlibsə, bunu araşdıracaq və dəvətdən imtina edəcək”.
Qeyd edək ki, axşam.az-ın xəbərinə görə, Şəfəq sosial şəbəkədə ABŞ-da keçirilən ustad dərslərinə dəvət olunduğunu bildirib. Şəfəqi dəvət edən şəxs isə Alis Ataxanyandır.
Stilist paylaşımında Alisin soyadını yazmayıb. Amma Ataxanyan öz səhifəsində erməni məşhurlarla fotolar yayımlayıb. İnternetdə onunla bağlı məlumatlarda isə erməni olduğu barədə xəbərlər yer alıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar