Xəbər lenti
Ağdam Dövlət Dram Teatrında, quruluşçu rejissor Səbuhi Əhmədovun yeni tamaşası
Əziz teatr sevərlər, dəyərli tamaşaçılar!
Ağdam Dövlət Dram Teatrından "XeberBiz"-a verilən məlumata görə, tezliklə - 8 dekabr tarixində sizə öz yeni premyerasının sevincini yaşadacaqdır.
Teatr öz bayram təntənəsini sizlərlə bölüşmək, sizlərlə paylaşmaq niyyəti ilə bu dəfə görüşünüzə E.Hüseynbəylinin "İMPERATOR" lirik-psixoloji dramı ilə gələcəkdir.
Tamaşanın quruluşçu rejissoru Səbuhi Əhmədovdur. Bunu da xatırladaq ki, "İmperator" pyesi S.Əhmədovun Ağdam Dövlət Dram Teatrında quruluş verdiyi ikinci tamaşadır. Bir il öncə gənc rejissor R.Əlizadənin "Keçəlin toyu" uşaq tamaşasına quruluş vermişdir və teatrın azyaşlı tamaşaçıları tərəfindən böyük uğurla qarşılanmış və seviımişdir.
Tamaşanın səhnə təcəssümü olduqca maraqlı və zəngin kaloritlərdən, eləcə də sadə və dinomik oyunlardan ibarətdir.Qeyd edək ki, pyes müasir ədəbiyyat məhsuludur və müasir teatr xüsusiyyətlərini - istər janr, istər mövzu baxımından fərqliliyini və özəlliyini özündə əks etdirir.Tamaşa üç nəfər iştirakçıdan ibarətdir və pyes bütövlükdə üç iştirakçının ( kişi, qadın və naməlum adamın, sonradan imperator ) üzərində qurulmuşdur.Hadisələr bir məkan və bir neçə şəkildən, eyni zamanda zaman fərqi ilə yaranmış səhnələrdən ibarətdir.
Tamaşada Əməkdar artist və Prezident mükafatçısı Aida Qasımova, Əməkdar fəxri mədəniyyət işçisi orden təltifçisi Nizami Əsgərov və Səbuhi Əhmədov iştirak edirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar