Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib -Fotolar

Tarix: 14-11-2017 13:17     Baxış: 3568 A- / A+
Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Şuşa rayon İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib.

Manevr.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov iki hissədən ibarət olan tədbiri giriş nitqi ilə açıq élan edib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin adından Şuşa rayon komitəsinin sədri Yaşar İbrahimov çıxış edərək məktəb kollektivini təbrik edib, xoş arzularını çatdırıblar.

Daha sonra Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Şuşa rayon İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.

Tədbirin bədii hissəsində məktəbin müəllim və şagird kollektivi konsert proqramı ilə çıxış edib.

Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Anar Şuşalının ifasında Süleyman Ələsgərovun “Vətənimdir”, Emin Məmmədlinin ifasında Süleyman Ələsgərovun “Gözəl Şuşam”, Fatimə Ağazadənin ifasında “Turacı”, Gülmanə Mərdiyeva, Elbrus Abbasov və Arzu Məmmədovanın ifasında “Qarabağ şikəstəsi”, məktəb xorunun ifasında Əhməd Cavadın “Can Azərbaycan”, Mirkamil Ağamirovun “Sabaha bizimlə gedəcək Şuşa” mahnıları, məktəbin “Təbəssüm” rəqs qrupunun ifasında “Yallı” rəqsi tamaşaçıar tərəfindən alqışıarla qarşılanıb.

Tədbir boyu nümayiş olunan və Şuşanın tarixini, mənzərələrini, o cümlədən əks etdirən videoçarx maraqla izlənib.

Sonda növbəti yubiley tədbirlərinin Şuşada keçirilməsni arzulayan Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Mirkamil Ağamirov çıxış edərək tədbirdə iştirak edən qonaqlara məktəbə və kollektivə verdikləri dəyərə, tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib
Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib
Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib
Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib
Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib
Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib
Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib
Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib
Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley gecəsi keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar