Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib -SUMQAYITDA/ FOTOLAR

Tarix: 08-11-2017 17:24     Baxış: 3651 A- / A+
Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib

Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evində keçirilən tədbirdə “Bayraq günü”nün təsis olunması və mahiyyəti haqqında geniş məlumat verilib, gənc müənnilər Ravil Əliyev və Pənah Məmmədovun ifasında vətənpərvərlik ruhunda mahnılar, Əliağa Tapdığın ifasında şeirlər maraqla dinlənilib. Sonda mədəniyyət evində fəaliyyət göstərən “Turan” və “Günəş” rəqs qruplarının ifasında Azərbaycan rəqsləri izlənilib. Sonda tədbir iştirakçıları dekorativ tətbiqi sənət ustaları Əsmər Bəbirli, Xuraman Həsənova və Zümrüd Məmmədovanın əl işlərindən ibarət sərgisi ilə yaxından tanış olublar.

Corat qəsəbə mədəniyyət evində keçirilən tədbirdə müğənnilər Təhmiraz Şirinov, Ramella Rəvan, Pənah Məmmədov, Nurlan Nəcəfov, Samir Salmanov, Asəf Allahverdiyevin ifasında səslənən mahnılar və Mirağa Həsənovun sazda ifa etdiyi “Həyata” rəqsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbir Aliyə Əlizadənin və Səlimə Paşazadənin ifasında səslənən Azərbaycan bayrağı şeri ilə sona çatıb.

S.Vurğun adına Mərkəzi kitabxananın təşəbbüsü ilə Sumqayıt Regional "ASAN xidmət" mərkəzində səyyar sərgi təşkil edilib. Sərgidə 200-ə yaxın kitab və jurnal nümayiş etdirilib. Nümayiş etdirilən kitablar bütün elm sahələrini əhatə edirib.

S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin M.Ə.Rəsulzadə adına kitabxana filialla birgə keçirdiyi tədbir də oxucular arasında böyük maraq doğurub. Tədbirdə Fidan Cavadlı, Ayan Ağayeva, Aynur Kərimova, Cavidan Mirzəzadə, Ərtoğrul Salıflı, Lətifə Mahmudova, Mirvüqar Seyidzadə, Nuray Onurlu,Sevda Cəbrayılova, Nazlı Hüseynli, İnci Hüseynzadənin ifasında Əhməd Cavadın “ Al bayrağa”, Cəfər Cabbarlının “Azərbaycan bayrağına”, Bəxtiyar Vahabzadənin “Biz vətənçün doğulduq”, Məmməd İsmayılın “Vətən”, Əjdər Olun “Azərbaycan”, Tofiq Mahmudun “Azərbaycan torpağında”, Vahid Əzizin “Azərbaycan bayrağıdır bu bayraq” və digər vətənpərvər ruhda olan şeirlər dinlənilib.

Sonda uşaq şöbəsinin müdiri Yeganə Hüseynova və M.Ə.Rəsulzadə adına kitabxana filialın müdiri Ofelya Qafarova bayram münasibətilə oxucuları təbrik edərək bildiriblər ki, belə tədbirləri keçirməkdə məqsəd uşaqlarda vətənə, bayrağa, torpağa məhəbbət, sevgi hislərini aşılamaqdır. “Biz çalışmalıyıq ki, hər bir Azərbaycan övladı vətənin hüdudlarından kənarda da belə torpağına layiq bir vətəndaş kimi özünü doğrulda bilsin”.

Q.Qarayev və F.Əmirov adına Uşaq musiqi məktəblərində keçirilən tədbirlərdə “Bayraq günü”nün təsis edilməsi ilə bağlı məruzə və çıxışlar, şagirdlərin ifasında Azərbaycanı, Azərbaycan bayrağını vəsf edən şeirlər, mahnılar dinlənilib.

Qubadlı rayon Mədəniyyət evində də bayram tədbiri keçirilib. Tədbirdə “Bayraq günü”nə həsr olunmuş videoçarx izlənilib, şagirdlərin ifasında şeirlər dinlənilib. Daha sonra Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi İlham Əhmədov, Qubadlı rayon Mahmudlu kənd mədəniyyət evinin direktoru Ziba İbrahimova və Qubadlı rayon MKS-in direktoru Müşgünaz Muradova çıxış ediblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib
Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib
Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib
Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib
Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib
Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib
Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib
Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib
Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar