Xəbər lenti
“Yəhudi dövləti”nin təqdimatı olub
“Kitabıstan” yayınlarının ikinci nəşri olan Dünya Sionist Təşkilatının qurucusu Teodor Hertslin müəllifi olduğu “Yəhudi dövləti” kitabının təqdimat mərasimi keçirilib.
AzNews.az xəbər verir ki, kitab "Milli Fikir Mərkəzi"nin Tərcümə Şöbəsi tərəfindən tərcümə edilib. “Yəhudi dövləti” İsrailin qurulmasından 52 il öncə qələmə alınıb. Sözügedən kitabda İsrail qurulandan sonra yəhudilən bu ölkəyə köçü, iqtisadiyyatın qurulması, ordu və polis sistemi, binaların tikintisi, dini məbədlərin tikintisi və sair məsələlərdən bəhs olunub.
Qeyd edək ki, Teodor Hertsl özü İsrailin qurulması üçün bir neçə dəfə Osmanlıya səfər edib, sultan II Əbdülhəmidlə görüşüb. Hertsl Fələstin torpaqlarını Osmanlıdan satın almağı və bunun qarşılığında Osmanlının bütün xarici borclarının bağlanmasını təklif etsə də sultan bununla razılaşmayıb.
Onu da xatırladaq ki, Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi və “Kitabıstan” yayınlarının ilk nəşri (Etatizm Akademiyası - 1) rus yazıçı Qriqoriy Petrovun Finlandiyadakı aydınlanma hərəkatı haqqında yazdığı “Bəyaz zanbaqlar ölkəsində” kitabı olub. Həmin kitabın da artıq üçüncü basqısı çapdan çıxıb və satışdadır.
Mərkəzin rəhbəri Şəhriyar Məcidzadədir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar