Xəbər lenti
Xalq artisti evinə qapandı: "Həmkarlarım üçün də qapım bağlıdır"

Xalq artisti Zərnigar Ağakişiyeva evinə qapanıb.
Manevr.az xəbər verir ki, milli.az saytının əməkdaşının telefon zənglərinə 3 gündən sonra cavab verən aktrisa səhhətindən də danışıb.
"3 gün idi ki, heç bir telefon zənglərinə cavab vermirdim. Bu gün bir az özümə gəlmişəm. Hava dəyişən kimi evimə qapanıram. Nə çölə çıxıb gəzirəm, nə də ki, qonaq qəbul edirəm. Hələ ki, o gücü özümdə hiss etmirəm. Çünki qonaq gəlsə, gərək oturub onunla gün keçirim. Buna mənim nə səhhətim imkan verir, nə də özüm istəyirəm. Hətta həmkarlarım da mənimlə görüşmək istəyir. Onlar üçün də qapım bağlıdır. Xasiyyətimi bilib nə zəng edirlər, nə də evimə gəlirlər. Noyabrın 6-da ad günümdür, amma heç o əhval-ruhiyyədə də deyiləm", - deyə xalq artisti bildirib.
Qeyd edək ki, noyabr ayının 6-da xalq artisti Zərnigar Ağakişiyevanın 71 yaşı tamam olur.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar