Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib -FOTOLAR

Tarix: 02-11-2017 18:20     Baxış: 3571 A- / A+
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib.
Q.Qarayev adına uşaq musiqi məktəbində Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fortopiano, xalq çalğı alətləri şöbəsinin şagird və müəllimlərinin ifasında bəstəkarın əsərləri səslənib.

“Dostluq” Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyində görkəmli heykəltəraş, Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublikanın Xalq rəssamı Tokay Məmmədovun yaradıcılığına həsr olunmuş mühazirə təşkil edilib. Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları tərəfindən təşkil edilən mühazirədə dərnək şagirdlərinə rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra Azərbaycan incəsənətinə verdiyi incilər haqqında geniş diskussiya aparılıb, Tokay Məmmədov haqqında hazırlanmış video çarx izlənib.

Sumqayıtın Tarixi Muzeyinin yaradılmasının 50 illiyi münasibətilə muzeyin ekspozisiya zalında sərgi təşkil olunub. “50 ilin işığında” adlı sərgidə muzey fondunda qorunan nadir eksponatlar nümayiş olunur. Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar