Xəbər lenti
Bu filmlərə baxanda adam arıqlayır – Siyahı

Britaniyalı alimlər kalori itkisinə səbəb olan filmlərin siyahısını hazırlayıb.
Kult.az xəbər verir ki, araşdırmacıların fikrinə görə, qorxulu film izlədikdə orqanizm üç dəfə çox enerji sərf edir. Bu da filmin xronometrajından asılı olaraq kalori ifrazına səbəb olur.
Seanslar zamanı eksperiment iştirakçılarının nəbzi, udduqları oksigenin, buraxdıqları karbon qazının miqdarı və başqa göstəricilər ölçülüb. Məlum olub ki qorxu filmləri nəbz-qan dövranına, metabolizmə, adrenalin ifrazına, iştahaya təsir edir.
Eksperimentin nəticəsinə görə, iştirakçıların ən çox kalori itirdiyi film Stenli Kubrikin “Parıltı”sıdır. Bir dəfə “Parıltı” izləmək 184 kilokalori enerji itkisidir.
Qeyd edək ki, 184 kkal enerji itkisi yarım saat gəzməyə bərabərdir.
Siyahını təqdim edirik:
“Parıltı” - 184 kilokalori
“Çənələr” – 161 kkal
“Şeytanı qovan” – 158 kkal
“Yad” – 152 kkal
“Mişar” – 133 kkal
“Qarağac küçəsində qarabasma” – 118 kkal
“Paronormal hadisələr” – 111 kkal
“Texasdakı mişar qətliamı” – 107 kkal
“Blerdən olan cadugər” – 105 kkal
“Reportaj” – 101 kkal
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar