Xəbər lenti
Məşhur psixoloq özü haqda : - Heç kimin sevmədiyi çirkin qadın...

Məşhur psixoloq Elnur Rüstəmovun xanımı və həmkarı Narınc Rüstəmovanın sosial şəbəkədə yerləşdirdiyi paylaşım maraqla qarşılanıb.
Manevr.az xəbər verir ki, o, özü barəsində “Bir zamanlar heç kimin sevmədiyi çirkin bir qadın var idi. Həmin çirkin qadını şərtsiz sevən bir cəngavər var idi. Gülüşü ilə ona hüzur, baxışı ilə içini isitdiyi, sözləri ilə qəlbini oxşayan cəngavər. O baxış heç əskilmədi. Bu çirkin qadın bir gün gəldi, hər kəsə göstərdi ki, çirkin qadın yoxdur, sadəcə, baxımsız qadın var. Məhəbbəti, övladı üçün fədakarlıq edən qadın var. Daha sonra o hamıya göstərdi ki, çirkinlik zahirən yox, daxilən olur. Onun baxımı artdı, daxili isə heç dəyişmədi. Hər zaman cəngavərinin gözündə gözəlçə şahzadə olaraq qaldı”, - sözlərini qeyd edib.
“Bəli, mən o xanımın geniş ürəyini, daxili gözəlliyini sevdim. Hələ də sevirəm. Yaxşı ki, varsan! Necə deyərlər, işdir, əgər ölsəm, bağışla”, - deyə E.Rüstəmov xanımın şərhinə cavab yazıb.
Qeyd edək ki, cütlüyün 2 övladı var.mynews.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar