Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Düşüncəsiz..." - Rövşanəyə etiraz

Tarix: 11-10-2017 20:26     Baxış: 6459 A- / A+
"Düşüncəsiz..." - Rövşanəyə etiraz
Aktyor Elnur Kərimov aparıcı Rövşanə Ağasəfqızının teatrlarla bağlı fikrinə etiraz edib.

Aktyor aparıcı ilə bağlı telekanala şikayət etdiyini deyib:

“Aparıcı ya peşəkar olmalıdır, ya da olmamalıdır. Teatrdan danışmaq üçün, teatrı tanımalısan. Son zamanlar teatr sahəsindəki islahatlar, hazırlanan tamaşalar, qastrol səfərləri bilməlisən. Danışılan mövzuya “Bu mənim şəxsi fikrimdir” demək, düşüncəsiz kimi danışmaq ayıbdır.

Qonaqlarına danışmağa imkan verməyən aparıcı deyir ki, Azərbaycanda fəaliyyət göstərən Şuşa, İrəvan, Gənc Tamaşaçılar Teatrları kiçik olduğu üçün bağlanılmalıdır.

Dərhal ARB kanalının “Səhər-səhər” verilişinin prodüserinə yığdım və narazılığımı bildirdim. Teatrdan teatrı bilən danışmalıdır. Əhməd Ağdamskini tanıması məni bir az rahatlatdı, heç olmasa onu tanıyır”.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla R.Ağasəfqızını "Qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar" fikirlərinə görə tənqid edib.

Aparıcı isə ona cavabında “Bu mənim şəxsi fikrimdir, niyə biz tənqidə açıq deyilik? Yenə də fikrimdə qalıram. Düşünürəm ki, balaca-balaca teatrlardansa, onu böyük etsinlər. Nəyə lazımdı bu cıqqılı teatrlar? İrəvan, Gənc Tamaşaçılar, Şuşa Tetarları nəyə lazımdır? Yerindən duran ora sənət gətirir, biz də xəcalət çəkirik. Şuşa Teatrı nə edir?” sözlərini deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar