Xəbər lenti
Aparıcı İlkindən rejissora sillə kimi cavab : "Kim bəyənmirsə..."

Aparıcı İlkindən rejissora sillə kimi cavab: "Kim bəyənmirsə..."Aktyor İlkin Həsəni "Qara Volqa" filminin quruluşçu rejissoru Elşən Məmmədovun "Bozbaş Picture" haqqında səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.
Manevr.az xəbər verir ki, musavat.com saytına açıqlama verən aktyor bildirib ki, sevənləri olduğu qədər sevməyənləri də var:
"Bu normaldır. Kim bizi bəyənmirsə, verilişimizi, filmimizi izləməsin. Son filmimiz "Stalinin başı" 150 min dəfə izlənib. Deməli, sevilirik. Şöşü, Fəlakət sevilən xarakterlərdir. Bizim canlandırdığımız obrazlar cəmiyyətdən götürülüb. Biz obrazlarımızdakı insanlara güzgü tuturuq. Demək istəyirik ki, belə görünürsünüz. İçində bayağılıq olmayan şəxs bizi izləyib bayağılaşmaz. Biz sevənlərimiz üçün çəkirik. Tənqid hər zaman olub, normaldır".
Qeyd edək ki, E. Məmmədov qafqazinfo-ya müraciətində aşağıdakı fikirləri səsləndirib:
"Deyirlər, gənclərə yol veririk, amma bu, o demək deyil ki, biz kinonun içində böyüyən insanlar kənarda qalmalıyıq. Bu gün "Bozbaş"ın bayağı obrazları dillərdən düşmür. Şöşüdü, Moşudu, Fəlakətdi... Bunlar bizim gələcəyimizə, cəmiyyətimizə nə verəcək? Heç nə. Onlar sabun köpüyü kimi bir şeydir".

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar