Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib - Fotolar

Tarix: 04-10-2017 10:57     Baxış: 3526 A- / A+
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib.

Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları Sumqayıt Gənclər Evində fəaliyyət göstərən “nigArt studio” rəsm dərnəyində dekorativ tədbiqi sənət ustalarının əl işlərindən ibarət səyyar sərgi keçirib. Səgidə Sumqayıt dekorativ tədbiqi sənət ustalarının əl işləri nümayiş olunub. Ellada Həsənovanın “Gəlincik”, Cəmilə Hacınskinin “Butalar”, Nigar Qurbanovanın kiçik daşlar üzərində rəsmləri, Nigar Novruzovanin dərnək şagirdlərinin boşqablar üzərində xüsusi boya ilə çəkilmiş milli ornamentləri, Könül Allahverdiyevanın buta qabları, çarıqları və araxçını uşaqların diqqətini cəlb edib.

S.Vurğun adına Mərkəzi Kitabxanada şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabir Yusifoglunun "Dünya ilə heç-heçəyəm" adlı şeirlər kitabının təqdimatı keçirilib.

Tədbirdə şairlərdən Əli Nəcəfxanlı, Zirəddin Qafarlı, Asif Asiman, Namiq Dəlidağlı, Qənirə Mehdixanlı, xalçaçı rəssam Fazil Abbasquluzadə, mərkəzi kitabxananın müdiri Yeganə Əhmədova və digərləri şairin yeni kitabı barədə ürək sözlərini söyləyib, xoş arzulaını çatdırıblar. Daha sonra Sabir Sarvan adına uşaq poeziya klubunun üzvlərinin ifasında Sabir Yusifoğlunun şeirlərindən nünunələr dinlənilib.

Nizami Gəncəvi adına kitabxana klubda tanınmış yazıçı-jurnalist Eyruz Məmmədovla görüş keçirilib. Bədii əsərləri ilə yanaşı publisistik məqalələri ilə tanınan və sumqayıtlı oxucuların böyük rəqbətini qazanan müəllif çıxışı edərək Sumqayıt hadisələri zamanı şahidi olduğu hadisələrdən söhbət açıb. Daha sonra müxtəlif illərdə yazdığı əsərləri, yaratdığı obrazlarla bağlı fikirlərini bölüşüb, oxucuları maraqlandıran sualları cavablandırıb.

M.Ə.Rəsulzadə adına kitabxana filialda "Sumqayıtın ədəbi mühiti" adı altında bir neçə Sumqayıtlı şairlərlə oxucuların görüşü keçirilib. Tədirdə Namiq Dəlidağlı, Sevinc Qərib, Məmmədyar Məmmədyarlı, Emin Piri, Elçin Nur, Elbrus Qayalı, Şəhla Vahid, Günel Eyvazlı, Faiq Hüseynbəyli şeir oxuyub, oxucuların suallarını cavablandırıblar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar