Xəbər lenti
"MƏNASIZ ADAMLARIN..." – YAZIÇILAR BİRLİYİNDƏN NAMİQ MƏNANIN SƏDR SEÇİLMƏSİ İLƏ BAĞLI AÇIQLAMA

Azərbaycan Yazıçılar Birliyi (AYB) bu qurumun Qubadlı bölməsinin yaradılması və ona sədr seçilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. AYB-nin rəsmi saytı vasitəsilə yayılan mətndə aşağıdakı ifadələr yer alıb: "Bir gün bundan öncə Azərbaycan Yazıçılar Birliyinin Qubadlı bölməsinin yaradılması və ona sədr "seçilməsi" ilə bağlı jurnalistlərin ünvanladığı suallara AYB Mətbuat Xidməti münasibət bildirərək, yayılmış informasiyanın həqiqəti əks etdirmədiyini və AYB Katibliyində belə bir qərarın qəbul olunmadığını bildirmişdi. Ancaq bəzi saytlar hər zaman olduğu kimi Yazıçılar Birliyinə düşman münasibət bildirərək yazıçı saydıqları bir neçə MƏNASIZ adamların yalan və böhtanlarını yaymağa başladılar. Belə bəyanatlarla bu adamlar yalnız öz yaradıcılıq iflasını göstərir, özlərini biabır edirlər. Bu abırsız böhtanara görə həmin şəxsləri məhkəməyə verə bilərdik, amma onların bütün varlıqları məhkəməyə göndəriləcək bir vərəq kağıza da dəyməz. Əvvəlki böhtanlarına görə məhkəmə qorxusundan üzrxahlıq məktubu yazanlar yenə də yalvar-yaxarla bağışlanacaqlarına arxayın olmasalar yaxşı olar". Qeyd edək ki, ötən gün Azərbaycan Yazıçılar Birliyində Qubadlı bölməsinin yaradılması və ona tanınmış bədihə (meyxana) ustası Namiq Mənanın sədr seçilməsi ilə bağlı xəbərlər yayılıb.primetime.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar