Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Novosibirsk Filarmonik Kamera Orkestrinin kollektivi Sumqayıtda -fotolar

Tarix: 21-09-2017 12:42     Baxış: 3471 A- / A+
Novosibirsk Filarmonik Kamera Orkestrinin kollektivi Sumqayıtda
Novosibirsk Filarmonik Kamera Orkestrinin (Rusiya) kollektivi Sumqayıt şəhərində qonaq olub.

Manevr.az-ın verdiyi xəbərə görə, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan səfərdə qonaqları Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov və mədəniyyət işçiləri qarşılayıblar. Səfər zamanı qonaqlar yeni inşa edilmiş Heydər Əliyev Mərkəzində, S.Rüstəmov adına uşaq incəsənət məktəbində və Sumqayıt bulvarında olublar. Qonaqlara yeni inşa edilmiş hər iki mədəniyyət ocağı və sumqayıt bulvarı haqqında geniş məlumat verilib. Rusiyalı qonaqlar qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirərək bildiriblər ki, ilk dəfə gördükləri Sumqayıt onların xatirəsində dünyanın ən gözəl şəhərlərindən biri olaraq qalacaq.

Daha sonra Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyevin idarəçiliyi ilə Novosibirsk Filarmonik Kamera Orkestri konsert proqramı ilə çıxış ediblər.

Konsertdə dünya və Azərbaycan bəstəkarlarının- Üzeyir bəy Hacıbəylinin (Arazbarı), V.A.Mosartın (Adajio və fuqa), P.Çaykovskinin (Simli orkestr üçün Vals və Elegiya), Qara Qarayevin (Yeddi Gözəl baletindən fraqmentlər), və digər dünya şöhrətli bəstəkarların əsərləri ifa olunub.

Sonda Rusiya Fedrasiyası, Novosibirsk vilayətinin mədəniyyət nazirinin müavini Yevgeni Sazonov, Novosibirsk Filarmonik Kamera Orkestrinin direktoru Alyona Bolkvadze və Sumqayıt şəhər icra başçısının müavini Teymur Səmədov çıxış edərək qarşılıqlı mədəni əlaqələrdən danışıblar. Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib, ziyafət verilib.

Xatırladaq ki, sentyabrın 18-dən 26-dək Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Novosibirsk Filarmonik Kamera Orkestrinin kollektivi Sumqayıtda
Novosibirsk Filarmonik Kamera Orkestrinin kollektivi Sumqayıtda
Novosibirsk Filarmonik Kamera Orkestrinin kollektivi Sumqayıtda
Novosibirsk Filarmonik Kamera Orkestrinin kollektivi Sumqayıtda
Novosibirsk Filarmonik Kamera Orkestrinin kollektivi Sumqayıtda
Novosibirsk Filarmonik Kamera Orkestrinin kollektivi Sumqayıtda
Novosibirsk Filarmonik Kamera Orkestrinin kollektivi Sumqayıtda
Novosibirsk Filarmonik Kamera Orkestrinin kollektivi Sumqayıtda

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar