Xəbər lenti
Dahi Üzeyr Hacıbəylinin doğum gününə həsr olunmuş tədbir

18.09.2017-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Ağcabədi rayonu Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində Dahi Üzeyr Hacıbəylinin doğum gününə həsr olunmuş tədbir təşkil olunmuş və həmçinin Azərbaycan Milli kinosunun yeni tərtibatda nümayişinin açılış mərasimi keçirilmişdir. Tədbirii giriş sözü ilə Gündüz Nəcəfov açaraq Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, Azərbaycan və dünya musiqi sənətində rolu və yeri haqqında məlumat verdi.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyəti başçısının İctimai-Siyasi və Humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva Üzeyr Hacıbəylinin musiqi sənətindən onun keçdiyi şərəfli ömür yolundan və milli kinomuzun uğurlarından danışdı.
Tədbirin təşkilatçısı Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quluyev 18 sentyabr “Musiqi Günü”nün yaranma tarixindən, dahi şəxsiyyət Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən, yaradıçılığından ətraflı çıxış edərək tədbir iştirakçılarına məlumat verdi. Həmçinin milli kinomuzun dünəni, bu günü və gələcəyi haqqında da tədbir iştirakçılarını keçmişə ekskursiya etməklə gələcək addımların atılmasında yeni yanaşmanın və müasir tələblərin tətbiqin vacibliyindən söz açdı.
Digər çıxış edənlər: Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Azər Əliyev, MKS-nin direktoru Məhəbbət Əliyeva, Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehdiyev 18 sentyabr “Milli Musiqi Günü”nün yaranma tarixindən, dahi şəxsiyyət Üzeyr bəyin həyat və fəaliyyətindən, yaradıçılığından, həmçinin milli kinomuzun dünəni, bu günü və gələcəyi haqqındada tədbir iştirakçılarına geniş məlumat verdilər.
Rəsmi hissənin sonunda filmin nümayişi və musiqi məktəblərinin iştirakı ilə konsert proqramı keçirildi.









Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar