Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Kəmalə Müzəffər beynəlxalq mükafat aldı

Tarix: 18-09-2017 21:08     Baxış: 5483 A- / A+
Kəmalə Müzəffər beynəlxalq mükafat aldı
Aktrisa Kəmalə Müzəffər beynəlxalq festivalda qalib olub.

Manevr.az-ın kulis.az-a istinadən məlumatına görə, əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi “Cəza” monotamaşası Başqırdıstanın paytaxtı Ufada 7-14 sentyabr tarixlərində keçirilən VI “Tuğanlıq” Turkdilli Teatrların Beynəlxalq Festivalında nümayiş olunub.

Tamara Vəliyevanın “Xəyanət” povesti əsasında Gənc Tamaşaçılar Teatrında hazırlanmış monotamaşada qəhrəmanı oynayan aktrisa Kəmalə Müzəffər “Ən yaxşı qadın rolu” nominasıyasında “istedadlı oyun tərzinə görə” diplomuna layiq görülüb.

“Cəza” tamaşası çox gənc ikən ailə qurmuş qadının taleyindən bəhs edir.

Xatırladaq ki, “Tuğanlıq” Turkdilli Teatrların Beynəlxalq Festivalı 1991-ci ildən keçirilir.

VI “Tuğanlıq Festivalında M.Qafuri adına Başqırd Akademik Teatrı, Topanov adına Xakas Milli Teatrı, “Uçur” Qırğız Gənclər Teatrı, M.Karim adına Başqırd Milli Gənclər Teatrı, Dağıstan Dövlət Noqay Dram Teatrı, Balkar Dövlət Dram Teatrı, K.İvanov adına Çuvaş Dövlət Dram Teatrı, H.Kamal adına Tatar Dövlət Dram Teatrı, “Jastar” Qazax Teatrının tamaşaları nümayiş olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar