Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

AzTV-də dəyişiklik - Dilarə Səlimə vəzifə verildi

Tarix: 14-09-2017 13:39     Baxış: 6407 A- / A+
AzTV-də dəyişiklik
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində növbəti kadr dəyişiklikləri olub.

Manevr.az BakuPost.az-a istinadən xəbər verir ki, sədr Arif Alışanov qurumun nəzdində fəaliyyət göstərən Mədəniyyət televiziyasının "Xəbərlər” departamentinin baş redaktoru Lalə Məmmədovanı və onun müavini Aygün Budaqovanı vəzifələrindən azad edib. "Xəbərlər”in baş redaktoru vəzifəsinə isə AzTV-nin "Xəbərlər” proqramının aparıcısı, tanınmış jurnalist Dilarə Səlim təyin edilib.

Əldə etdiyimiz məlumata görə, kadr dəyişiklikləri səlahiyyətləri yenicə əlindən alınan sədr müavini Elsevər Dünyamalıyevə görə aparılıb. Belə ki, prezident sərəncamı ilə AzTV-də sədr müavini təyin olunan E. Dünyamalıyev "Xəbərlər”ə nəzarəti ələ aldıqdan sonra rəhbər vəzifələrə öz adamlarını qoyub. O, 2015-ci ildə iş başına keçən kimi "Mədəniyyət” xəbərlərinin baş redaktoru Cəmilə Əzimovanı bu vəzifədən çıxarıb və yerinə Lalə Məmmədovanı təyin edib.

Bir müddət əvvəl isə Arif Alışanovun yerinə göz dikdiyi deyilən müavin "Xəbərlər”ə nəzarəti itirdiyi üçün, onun verdiyi təyinatlar da sədr tərəfindən bir-bir ləğv edilməyə başlayıb.

Xatırladaq ki, BakuPost.az Elsevər Dünyamalıyevlə Arif Alışanov arasındakı gərginliklə bağlı geniş yazı dərc etmişdi. Yazıda bildirilirdi ki, Arif Alışanovun böyük etimad göstərərək, yüksək səlahiyyətlər verdiyi E. Dünyamalıyev onun yerinə keçmək üçün əlaltından işlər görürmüş. Bundan xəbər tutan sədr isə onu "zərərsizləşdirmək” üçün qeyri-rəsmi şəkildə verdiyi səlahiyyətlərini geri alıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar