Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib -FOTOLAR

Tarix: 07-09-2017 18:37     Baxış: 3571 A- / A+
 Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi, AYB Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi Kitabxanın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Xızı rayonunda şair Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Manevr.az-a verilən məlumata görə, Mikayıl Müşfiq muzeyində baş tutan tədbirdə muzeyin direktoru Orxan Əzimov şairin qisa ömür yolu və yaradıcılığı, o cümlədən, muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Şairin abidəsi önündə davam edən tədbirdə yazıçı Hafiz İmamnəzərli, şairə, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək tədbir haqqında məlumat veriblər. Bildiriblər ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd uşaqların mütaliə marağının artırılması, onlarda ədəbi zövqü inkişaf etdirmək və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini uşaqlara tanıtmaqdır.

Daha sonra Mikayıl Müşfiqin şeirləri Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri İnci Hüseynzadə (“Zəhra üçün”), İsmayıl Hüseynov (“Sənin gülüşlərin”), Xoşqədəm Bağıyeva (“Gecə düşüncəsi”), Nəzrin Ağayeva (“Yaşa könül”), Zəhra Bəşirli (“Şeirim”), Mirvüqar Seyidzadə (“Torpaq”), İlahə Bağıyeva (“Küləklər”), Cavidan Mirzəzadə (“Qurban”), Lətifə Mahmudova (“Gəzdiyim yerlər”), Ayan Ağayevanın (“Ana”) ifasında dinlənilib.

Tədbir Mikayıl Müşfiq obrazının ifaçısı Ərtoğrul Salıflının ifasında şairin şeriləri ilə yekunlaşıb.

Manevr.az

 Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib
 Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib
 Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar