Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məlahət Abbasova Röyanın verilişində iştirak etməsinə qadağa qoydu - ÖZƏL

Tarix: 07-09-2017 10:53     Baxış: 4382 A- / A+
Məlahət Abbasova Röyanın verilişində iştirak etməsinə qadağa qoydu

“Qamaqallı insanları verilişimdə görmək istəmirəm. Çünki bu, nə mənə, nə də verilişin konseptinə uyğundur. Bizim proqram şou verilişi deyil, şəxsi həyatla bağlı suallar da olmayacaq. Əsas mövzularımız sənətlə əlaqədardır. Qonaqlar öz aralarında elə gözəl söhbət edir ki, bəzən mən də yaddan çıxıram”.

Bu sözləri bu gün Məlahət Abbasova “Məlahətli söhbətlər” verilişi ilə bağlı keçirilən mətbuat konfransında deyib. Aktrisa bildirib ki, verilişinə ancaq sənətini bəyəndiyi insanları dəvət edəcək:

“Öz qadağalarım var, Azərbaycanın bütün sənətçilərini sevmək məcburiyyətində deyiləm, ancaq sənətini bəyəndiyim və insan kimi dərin hörmətim olduğu məşhurlar qonağım olacaq. Qonaqların populyar olması şərt deyil, hər kəs populyar ola bilər. Azərbaycan balaca ölkədir, bir iş görən kimi hər yerə xəbər yayılır. Mühüm olan o populyarlığın arxasında dayanan xalqın sizi sevməsidir. Sevmədiyim heç bir məşhuru çağırmayacam. Burda heç tanışlıq da keçməyəcək. Yeri gəlmişkən, yerli ifaçılardan bəziləri türkiyəli məşhurlarla eyni verilişdə iştirak etmək üçün çəkiliş qrupuna artıq pul təklifləri ediblər. Sözsüz ki, bunların heç biri keçərli deyil. Mənim əsas hədəfim "ustad" dediyimiz aktyor və aktrisaları türkiyəli həmkarları ilə tanış etməkdir. Bu məqsədlə də yola çıxmışam. Başqa maddi olaraq heç bir gözləntim yoxdur. Şükürlər olsun ki, Türkiyədə bütün işlərim qaydasındadır, lazımi qədər pul qazanıram”.

Əldə etdiyimiz məlumatlara görə, aktrisanın öz verilişində görmək istəmədiyi şəxs əməkdar artist Röya Ayxandır. Xatırladaq ki, M.Abbasovanın bir il əvvəl Röya haqqında "Onun Bəyazın verilişinə ehtiyacı yox idi" deməsinə müğənni kəskin cavab vermişdi. İfaçı Fərda Xudayverdiyevin apardığı “Top kimi şou” verilişində M.Abbasovanın ünvanına sərt ifadələr səsləndirmişdi.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar