Xəbər lenti
Beynəlxalq sərginin ilk partnyor ölkəsi - Azərbaycan

Azərbaycan Moskvada keçiriləcək beynəlxalq sərginin ekskluziv partnyorudur.
İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, sentyabrın 11-14-də Moskva şəhərində keçiriləcək “Dünya ərzağı - Moskva” (Worldfood Moscow) Beynəlxalq Ərzaq Sərgisinin eksklüziv partnyor ölkəsi Azərbaycan olacaq.
Belə bir status sərgidə iştirak edən yalnız bir ölkəyə verilir. İlk dəfə olaraq Azərbaycanın "Worldfood Moscow" kimi nüfuzlu sərginin ekskluziv partnyor ölkəsi olması sərginin açılış mərasimindəki banerdə, sərginin internet səhifəsində (http://www.world-food.ru/en-GB/press/news/3980.aspx, http://www.world-food.ru/en-GB/) və sərgi bələdçisində, ziyarətçilərə paylanan promo məhsullarda qeyd edilir.
Bundan başqa, sərgi zamanı ziyarətçilərin qeydiyyat zonasında sərginin partnyor ölkəsi - Azərbaycan haqqında məlumat veriləcək, sərgiyə dair bütün xəbərlərdə ölkəmizin sərginin ekskluziv partnyor ölkəsi olması diqqətə çatdırılacaq.
Sərgidə Azərbaycanın 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, müxtəlif növ şərablar və spirtli içkilər, mineral sular, meyvə-tərəvəz, fındıq, nar, meyvə quruları, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, dondurma, şokolad və s. təqdim ediləcək. Sərgidə həmçinin, Azərbaycanın mədəniyyəti və mətbəxi, ölkəmizin turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.
Qeyd edək ki, "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunacağı sayca 3-cü sərgidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar