Xəbər lenti
Əməkdar artist ÖZÜNDƏN ÇIXDI : "Dəli sənin nəslindir"
“Mənə dəli damğası vuranlarla bağlı sənədlər yaxın günlərdə məhkəməyə göndəriləcək”.
Manevr.az aznews.az-a istinadən xəbər verir ki, Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva bildirib. Aktrisa onu təhqir edən saytı və jurnalisti məhkəməyə verəcəyini bildirib. O, bu prosesin geçikməsini Bakıda olmaması ilə əsaslandırıb:
“Bir neçə aydır ki, Bakıda yox idim. Xəstəydim, özümü pis hiss edirdim. İndi Bakıdayam. Mən burada olmayan vaxtlarda vəkilim məsələ ilə bağlı bütün sənədləri toplayıb. Bu işi belə qoya bilmərəm. Əlbəttə ki, məhkəməyə müraciət edəcəm. Bu mənim üçün böyük ləkədir. Onu heç kimə bağışlaya bilmərəm”.
Naibə Allahverdiyev məhkəmədə onu təhqir edən saytdan və jurnalistdən təzminat tələb edəcəyini də vurğulayıb: “Mənimlə yanaşı Rasim Balayevi və dünyasını dəyişən insanları təhqir edib. Ölənlərin ruhunu incidib. Hörməti olan sənətkaram, dövlət müəssisəsində işləyirəm. Necə olar, əlində heç bir sübutun olmasın, amma bu boyda sənətkarları dəli adlandırasan? Hansı sübutla? Belə yerdə adam deyərlər ki, dəli sənin özünsən və nəslindir. Mənə o yazı ilə mənəvi zərbə vurublar, xalqın arasında biabır ediblər. Bunu bağışlamaq olar? Heç vaxt! Hər biri qanun qarşısında cavab verəcək!”.
Qey edək ki, Metbuat.az saytı Ruhi Əsəb Xəstəlikləri Dispanserində müalicə alan azərbaycanlı məşhurların siyahısını dərc edib. Onların arasında Xalq artisti Rasim Balayev, Əməkdar artist Naibə Allahverdiyeva, Xalq artisti Ofelya Aslan, Xalq artisti, mərhum sənətkar Səməndər Rzayevin oğlu Rəşid Səməndərin adı qeyd edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar