Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti insult keçirib - Həkimlər aktrisaya qadağa qoyublar

Tarix: 23-08-2017 18:41     Baxış: 4517 A- / A+
Xalq artisti insult keçirib


Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb.

Manevr.az bildirir ki, xalq artisti pressclub.az-a açıqlamasında bildirib ki, bu il may ayının 18-də yüngül insult keçirib: "2 aydan çoxdur ki müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm. Amma həkimlər tamaşalarda, seriallarda oynamağa, hələ ki, icazə vermirlər. Stressdən, əsəbdən uzaq olmalıyam. Qurban bayramından sonra, yəqin ki, işə çıxacam".

Pərvanə Qurbanova deyib ki, seriallarda oynamaq üçün ona dəvətlər gəlir:
"Amma, hələ ki, seriallarda oynayıb-oynamamaq qərarını tam verməmişəm. Həkimlərimlə məsləhətləşməliyəm".

Qeyd edək ki, 1965-ci il təvəllüdlü xalq artisti "Pərvanələrin rəqsi" serialında oynadığı qayınana obrazı ilə tamaşaçılar tərəfindən sevilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar