Xəbər lenti
Avtomobil qəzasında ölən azərbaycanlı məşhurlar SİYAHI

Azərbaycanlı məşhurların bəziləri avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Manevr.az-ın big.az-a istinadən qəzada həyatlarını itirən məşhurların siyahısını təqdim edir.
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası 22 avqust 2017-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Azərbaycanın tanınmış reperi Hüseyn Dərya 15 mart 2014-cü ildə avtomobil qəzasında ağır yaralanaraq, xəstəxanada dünyasını dəyişib.
"Yeni Ulduz - 2” musiqi müsabiqəsindən tanınan gənc ifaçı Rəcəb Musayev 9 yanvar 2011-ci ildə avtomobil qəzası keçirdib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, müğəninin həyatını xilas etmək mümkün olmayıb.
Müğənni Bayramova Samirə Afət qızı 24 yaşında, 26 sentyabr 2014-cü ildə avtomobil qəzasında ölüb.
"Çal-çağır” verilişində Böyükxanım obrazı ilə tanınan aktyor Ramiz Əliyev 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.
Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























