Xəbər lenti
Dramaturqun “Adsız qadın”ı teatr səhnəsində - Fotolar
Türkiyədə yeni qurulmuş İstanbul Azərbaycan Teatrının ilk layihəsi olan “Adsız qadın” tamaşası 2016-ci ilin dekabr ayından başlayaraq İstanbul tamaşaçılarına nümayiş etdirilir. Premyerası son dərəcə təntənəli keçən tamaşa böyük maraqla qarşılanmışdır. Dramaturq Aygün Həsənoğlunun eyniadlı pyesi əsasında hazırlanmış tele-tamaşanın quruluşçu rejissoru Elçin İmanov, baş rolun ifaşıçısı Kəmalə Nəbibəylidir. Tele-tamaşada İstanbulda təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə vətəndaşları da iştirak etmişlər. Film çəkilişləri İstanbulda və Yalovada yerli sakinlərin evlərində, onların iştirakı ilə aparılmışdır. Əsər Xocalı soyqırımını bütün dəhşətləri ilə bir ailənin taleyində əks etdirilir.
Elçin İmanovun pyesə rejissor baxışı son dərəcə maraqlı və özünəməxsus bir ampulada özünü göstərir. Əsərin Azərbaycanda qoyulmuş səhnə varinatından fərqli olaraq bu tamaşa insanda ruh düşkünlüyü deyil, əskinə, mübarizə əzmi və döyüş ruhu oyadır.
Rejissor tamaşada bir qadın obrazını fərqli məqamlarda göstərir, onun hadisədən hadisəyə, səhnədən səhnəyə inkişafını mərhələli şəkildə təqdim edir. Filmlə səhnə arasında son dərəcə dəqiq və ardıcıl şəkildə qurulmuş bir nizam xüsusilə diqqəti cəlb edir. Film səhnələri daha çox şüuraltına xitab edir, səhnə isə hələ şuuraltına köçməmiş anları canlandırır. Obrazlar və səhnələr bir-biri ilə sıx bağlanır, bir-birini xüsusi bir nizamla təqib edir. Onu da qeyd etmək lazımdır ki, əsər əslində monopyes şəklində yazılmışdır.
Qarabağ döyüşlərini ilk dəfə səhnəyə gətirən dramaturq Aygün Həsənoğludur. Aygün Həsənoğlu müharibənin içində müharibəni əks etdirən yazıçıdır. Əsərlərində Azərbaycan tarixinə və Qarabağ müharibəsinə müxtəlif prizmalardan, müxtəlif mövzular və obrazlar silsiləsi ilə yanaşan müəllif bu əsərdə Qarabağ müharibəsini və Xocalı soyqırımına bəşəri faciə və insan faciəsi nöqteyi-nəzərindən yanaşmışdır. Əsərdə “erməni” adı demək olar ki, çəkilmir, lakin onun obrazi terrorizmin, faşizmin və işğalçılığın bütünləşmiş qəddar simasında əks etdirilir. Tamaşaçı onu tanıyır, görür, ona nifrət edir.
Kəmalə Nəbibəyli demək olar ki, tamaşanı bütün ağırlığı ilə sona qədər öz çiyinlərində məharətlə aparır. Aktyor, bır obrazda bır neçə obrazı ustalıqla
birləşdirərək, qadın dünyasının bütün dərinliklərinə qədər enməyi, onu hər cəhəti, hər çaları ilə əhatəli şəkildə təqdim etməyi bacarır. Tamaşa Film görüntüsü ilə başlayır.
Hazırda “Adsız qadın” tamaşasının rus dilində də variantı hazırlanır. Artıq Rusiyadan, Ukraynadan Kıbrızdan, Almaniyadan tamaşa ilə maraqlananlar var. İnanırıq ki, Kəmalə Nəbibəylinin təqdimatında Elçin İmanovun quruluşunda “ADSIZ QADIN” tamaşası həm Xocalı soyqırımının və Azərbaycan-Dağlıq Qarabağ tanıdılmasında, həm də İstanbul Azərbaycam Teatrının daha yüksək arenaya çıxmasında və mədəniyyət və tariximizin təbliğində böyük rol oynayacaqdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar