Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur azərbaycanlı sehrbaz qəzada öldü - FOTO

Tarix: 21-08-2017 12:49     Baxış: 4377 A- / A+
Məşhur azərbaycanlı sehrbaz qəzada öldü

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Manevr.az xeberle.com-a istinadən məlumat verir ki, yolda hərəkətdə olan "VAZ 2106” markalı minik avtomobilinin şini partlayıb və sürücü təkəri dəyişmək üçün yoldan keçən "VAZ 2107” markalı minik avtomobilini saxlayaraq onun sürücüsündən kömək istəyib. "VAZ 2107” markalı minik avtomobilinin sürücüsü, Sumqayıt şəhəri, Corat qəsəbə sakini Mustafayev Xalid Rauf oğlu sürücü yoldaşına kömək məqsədilə avtomobildən yerə düşərkən ehtiyatsızlıq edib və yolda hərəkətdə olan "Ford” markalı yük avtomobili onu vurub.

Xalid Mustafayev ağır kəllə beyin travması və bədənin müxtəlif nahiyələrinin sınıq və əziyi diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Xalid Mustafayev Sumqayıtda sehrbaz, illuziyaçı kimi tanınırdı.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Məşhur azərbaycanlı sehrbaz qəzada öldü
Məşhur azərbaycanlı sehrbaz qəzada öldü
Məşhur azərbaycanlı sehrbaz qəzada öldü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar