Xəbər lenti
Mehman Şükürovun iştirakı ilə zona müşavirəsi keçirilib - Fotolar
Manevr.az-ın verdiyi xəbərə görə, Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Abşeron rayon mədəniyyət işçilərinin zona müşavirəsi keçirilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov açaraq müəssisələrdə son altı ayda görülən işlər və aparılan yoxlamaların nəticələri haqqında geniş məlumat verib. O, bildirib ki, regional idarə altı aylıq yekunu müvəffəqiyyətlə başa çatdırıb. Idarə rəisi müddət ərzində xarici ölkələrə qastrol səfərləri zamanı kollektivlərin uğurlu çıxışı, beynəlxalq müsabiqə və festivallarda qazanılan nailiyyətlər, dövlət tədbirlərində kollektivlərin fəal iştirakı ilə bağlı müəssisə rəhbərlərinə təşəkkürünü bildirib.
İdarə rəisi çıxışında Xırdalan, Saray, Ceyranbatan, Mehdiabad, Qobu musiqi məktəblərinin fəaliyyətini müsbət qiymətləndirib və bildirib ki, yoxlamaların nəticələrinə uyğun olaraq müəssisələrin fəaliyyəti haqqında qərar veriləcək.
Fəaliyyəti qənaətbəxş olmayan və davamiyyəti zəif olan müəssisələrə ciddi xəbərdarlıq edən idarə rəisi bir sıra klub və kitabxanaların fəaliyyətini ciddi tənqid edib. Adı çəkilən müəssisə rəhbərlərinə qısa vaxt ərzində fəaliyyətlərində dönüş yaratmaq üçün ciddi xəbərdarlıq edilib və bildirilib ki, əks halda həmin müəssisələrin fəaliyyətlərinə xitam veriləcək.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin
mətbuat xidməti
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar