Xəbər lenti
Özbəkistan və Azərbaycan kinomatoqrafiyasında gözlənilən mədəni dostluq əlaqələri
2017-ci il iyulun 22-dən 28-dək Qazaxıstan Respublikasının paytaxtı Astanada Orta Asyanın ən böyük forumu - “Avrasiya" XIII beynəlxalq kinofestivalı keçirilib.
“Avrasiya” beynəlxalq kinofestivalı tarixdə ilk dəfə keçirilən “Eurasia Film Market” kinobazarında MDB, Şərq (Çin, Hindistan, Cənubi Koreya) və Qərb (Avropa dövlətləri və ABŞ) ölkələrindən gələn müştərilər, distribyuterlər, satqı işlərinə baxan agentlər və film müəllifləri ıştırak edib. İştırak zamanı kinolayihə müzakirələri, mətbuat konfransları, master klasslar təşkil olunub. Bu festivalda Asiya və Avropa ölkələri, xüsüsən, Azərbaycan, Özbəkistan, Gürcüstan, Qırğızıstan və başqa ölkə vəkilləri də ıştırak edib.
Bu festivalda Özbəkistan və Azərbaycan vəkilləri arasında geniş müzakirələr keçirilib. Özbəkistan vəkili olaraq iştırak edən kinematoqrafiyanı inkişaf etdirmə mərkəzinin direktoru Aybək Əbduşukurov Azərbaycan kinematoqrafiya vəkilləriylə söhbət keçirib. Bu müzakirədə Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq, mədəni dostluq əlaqələrini gücləndirmək, Özbəkistan və Azərbaycanın dostluğunu göstərən filmlər çəkmək həm də tək icarə qaynağını təşkil etmək mövzusu danışılıb. Həmin festivalda Özbəkistan və Azərbaycan dostluğunu əks etdirən “Görüş” filmi dilə gətirilib və bu kimi filmlər indiki günlərdə də çəkilməli olduğu vurğulanıb.
Astanada keçirilən anlaşmada ıştırak edən Azərbaycanlı kino vəkillərinin Özbəkistana təşrifi gözlənilir. Təşrifin əsas məqsədi festivalda imzalanan anlaşmaları, dəqiq tədbir layihələrini həyata keçirməkdir. Çəkiləcək filmlər MDB dövlətlərində ekranlarda təqdim olunacaq.
Mahfuza ARTİKOVA
Özbəkistanlı jurnalist
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar