Xəbər lenti
Xocavənddə yeni tarixi abidə aşkarlandı
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində tarixi və memarlıq əhəmiyyəti daşıya biləcək tikili aşkar edilib.Manevr.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, tikili işğaldan azad edilmiş ərazilərdə aparılan inventarlaşdırma zamanı qeydə alınıb.
Obyektin tarixi və memarlıq əhəmiyyəti araşdırıldıqdan sonra onun daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında müvafiq Ekspert Şurasının iclasında baxılacaq.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan inventarlaşdırma zamanı əvvəllər uçota alınmamış 256 tarixi, memarlıq və arxeoloji əhəmiyyətli abidə sənədləşdirilib.
Onlardan 44-ü 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Qalan 212 abidənin dövlət qeydiyyatına alınması istiqamətində işlər davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























