Sizin Reklam Burada
Xəbər lenti
27-08-2026
26-08-2026
BÜTÜN XƏBƏRLƏR

Xətaidə muğam axşamı təşkil olundu - Video

Tarix: 27-08-2026 14:53     Baxış: 332 A- / A+


"26 avqust-Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü" münasibətilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Muğam axşamı” adlı təntənəli konsert proqramı keçirilib.
Manevr.az xəbər verir ki, milli-mənəvi dəyərlərimizin korifeyi olan muğam sənətinin təbliği və sakinlər üçün asudə vaxtın səmərəli təşkili məqsədilə baş tutan tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Razi Nurullayev, Müşfiq Məmmədli, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açıq səma altında təşkil edilən mədəniyyət tədbirində Xalq artistləri Mələkxanım Eyubova, Nəzakət Teymurova, Əməkdar artistlər Teyyar Bayramov, Cabir Abdullayev və ölkənin tanınmış xanəndələrinin ifasında milli muğamlar, təsniflər və xalq mahnıları təqdim olunub. Yüksək peşəkarlıqla icra olunan musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Xətai rayonunda sakinlərin asudə vaxtının səmərəli təşkili və zəngin mədəni irsimizin təbliği məqsədilə bu qəbildən olan tədbirlərin keçirilməsi artıq il boyu davam edən gözəl bir ənənə halını alıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar