Sizin Reklam Burada
Xəbər lenti
18-10-2026
17-10-2026
BÜTÜN XƏBƏRLƏR

Laçındakı yeganə kitab evi niyə hədəfə alınıb?- abadlıq adı altında bərbadlıq

Tarix: 14-08-2026 12:55     Baxış: 4280 A- / A+

   Manevr.az bildirir ki, Laçında yeganə mədəniyyət və mənəviyyat ocağı sayılan "Simurq" Kitab Evinin bağlanması təhlükəsi ilə bağlı Laçın rayon sakini Ayaz Qasımov həyəcan təbili çalır. Mədəni obyektlər təkcə kitab təqdim edən məkan deyil, həm də insanların asudə vaxtını səmərəli keçirdiyi, mənəvi dünyasını zənginləşdirdiyi və şəhərin ruhunu yaşadan mühüm mərkəzlərdir. Belə bir məkana qıfıl vurmaq şəhərin sosial-mədəni mühitinə və sakinlərin asudə vaxtına vurulan ciddi zərbədir.

""Simurq" Kitab Evinin bağlanması ilə bağlı səslənən fikirlər haqlı olaraq böyük narahatlıq doğurur. Görünən odur ki, "Bakı Abadlıq" MMC gözünü kitab evinə dikib və onun fəaliyyətinin dayandırılmasını istəyir. Halbuki həmin kitab evinin nə "Bakı Abadlıq" MMC-yə bir aidiyyəti, nə də onun fəaliyyətinə hər hansı maneçiliyi var.

Amma təəssüf ki, bəziləri hələ də "Bağdadda kor xəlifədir, burada mənəm" prinsipi ilə hərəkət etməyə adət ediblər.

Bir şəhərin kitab evini bağlamaq sadəcə bir obyektin qapısına qıfıl vurmaq deyil. Bu, kitaba, mədəniyyətə və şəhərin mənəvi həyatına olan münasibətin göstəricisidir. Abad edilmiş mədəniyyət ocağını bərbad etməkdə israrlı görünən bu yanlış qərarın qarşısı vaxtında alınmalıdır. Laçın "Simurq" Kitab Evi bağlanmamalı, əksinə, fəaliyyətini davam etdirərək şəhərin mədəni həyatına xidmət etməlidir"- Ayaz Qasımov qeyd edib.


  Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar