Sizin Reklam Burada
Xəbər lenti
10-08-2026
09-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ceki Çan Azərbaycandan danışdı

Tarix: 10-08-2026 14:45     Baxış: 427 A- / A+
Ceki Çan Azərbaycandan DANIŞDI
Macəra janrında çəkilən "Tanrının yaraqları: Ultimatum" filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.
Manevr.az xəbər verir ki, Bakıdakı çəkilişlərin başlanmasına ənənəvi qaydada xüsusi kino boşqabının sındırılması mərasimi ilə start verilib.
Bu mərasim yeni çəkiliş mərhələsinin uğurlu başlanğıcının simvolu hesab olunur.

Filmin süjetinin mərkəzində "Asiya şahini"nin yeni missiyası dayanır. O, uğrunda 20 milyon dollardan çox mükafat elan edilmiş qədim Tumar artefaktını tapmalıdır.
Filmin çəkilişləri eyni vaxtda bir neçə dövlətin ərazisində aparılır. Layihə müxtəlif ölkələrdən olan aktyorları və kino mütəxəssislərini bir araya gətirən beynəlxalq komanda tərəfindən həyata keçirilir. Filmin istehsalı üçün ilk dəfə Qazaxıstan və Çinin kino komandaları bir araya gəliblər.
"Ultimatum" artıq kulta çevrilmiş "Tanrının yaraqları" franşizasının dördüncü filmidir. Baş rolu məşhur aktyor Ceki Çan ifa edir. Aktyor yenidən əfsanəvi macərapərəst "Asiya şahini" obrazını canlandırır.
Bakı filmin bədii konsepsiyasına uyğun olaraq çəkiliş məkanı seçilib. Süjetə görə, hekayənin yeni bölümü Xəzər dənizinin ətrafında cərəyan edir. Buna görə də çəkilişlərin növbəti mərhələsi Azərbaycanda keçirilir. Filmin bir sıra əsas səhnələri Bakıdakı müxtəlif məkanlarda lentə alınacaq.
Bu mərhələ Ceki Çan üçün də xüsusi əhəmiyyət daşıyır. Aktyor ilk dəfə Azərbaycanda filmə çəkilir.
"İndiyədək heç vaxt çəkilmədiyim ölkədə işləmək məni xüsusilə həyəcanlandırır", - deyə Ceki Çan bildirib.
Çəkiliş qrupunun Azərbaycana səfərinin və ölkə ərazisində çəkiliş prosesinin təşkilinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstək göstərir.
Filmin istehsal prosesinə müxtəlif kino peşələri üzrə 100-dən çox yerli mütəxəssis cəlb olunub.
"Tanrının yaraqları: Ultimatum" filminin çəkilişləri 2026-cı ilin payızınadək davam edəcək. Filmin premyerasının 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Ceki Çan Azərbaycandan DANIŞDI
Ceki Çan Azərbaycandan DANIŞDI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar