Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni sədr Sumqayıt ədəbi ictimaiyyətinə təqdim edildi - FOTOLAR

Tarix: 28-07-2017 18:44     Baxış: 4692 A- / A+
Yeni sədr Sumqayıt ədəbi ictimaiyyətinə təqdim edildi

Manevr.az xəbər verir ki, Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin iştirakı ilə tədbir keçirilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin fəaliyyəti və bu təşkilata 20 ildən çox başçılıq etmiş mərhum şair Sabir Sarvanın şəxsi əziyyətləri, ədəbiyyatımızdakı yeri və gördüyü işlərdən danışdıqdan sonra, şairin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. AYB – nin katibi Rəşad Məcid AYB – nin Sumqayıt bölməsinin yeni sədri Gülnarə Cəmaləddini tədbir iştirakçılarına təqdim etdi,ona yeni işində uğurlar dilədi. R. Məcid bildirdi ki, Gülnarə xanım bu vəzifəyə 4 may 2017-ci ildə AYB katibliyinin qərarı ilə seçilmişdir. Gülnarə Cəmaləddin isə bu çətin və şərəfli işin öhdəsindən layiqincə gələcəyinə və ona olan etimadı doğruldacağına söz verdi. Tənqidçi Vaqif Yusifli Gülnarə Cəmaləddinin yaradıcılığı haqqında məlumat verərək, ədəbi aləmdə keçdiyi yola qısa nəzər saldı. Şair Əvəz Mahmud Lələdağ isə Sumqayıt ədəbi mühiti adından Gülnarə xanımı təbrik edərək ona öz xeyir – duasını verdi. Sonda Sumqayıt Regional Turizm İdarəsinin rəisi Mehman Şükürov tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

Manevr.az

Yeni sədr Sumqayıt ədəbi ictimaiyyətinə təqdim edildi
Yeni sədr Sumqayıt ədəbi ictimaiyyətinə təqdim edildi
Yeni sədr Sumqayıt ədəbi ictimaiyyətinə təqdim edildi
Yeni sədr Sumqayıt ədəbi ictimaiyyətinə təqdim edildi
Yeni sədr Sumqayıt ədəbi ictimaiyyətinə təqdim edildi
Yeni sədr Sumqayıt ədəbi ictimaiyyətinə təqdim edildi
Yeni sədr Sumqayıt ədəbi ictimaiyyətinə təqdim edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar