Sizin Reklam Burada
Xəbər lenti
23-08-2026
22-08-2026
BÜTÜN XƏBƏRLƏR

Aşıq Əhlimanın son vəziyyəti açıqlandı

Tarix: 25-07-2026 13:02     Baxış: 4151 A- / A+
Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı
Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Rəhimovun səhhətində ciddi irəliləyiş müşahidə olunmur.

Manevr.az
bildirir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında aşığın oğlu Məhəmməd Rəhimov məlumat verib.

Onun sözlərinə görə, Aşıq Əhliman hazırda ev şəraitində müalicəsini davam etdirir:

"Atamın vəziyyəti əvvəlki kimidir. Yerimə qabiliyyəti bərpa olunub, amma danışığında hələ də problemlər qalır. Heç yerə getmir, bütün gün evdə, gözümüzün qarşısındadır. Həyatdır, insan sabah başına nə gələcəyini bilmir. Baş verənlərlə barışmaq lazımdır".

Uzun illər xaricdə yaşayan Məhəmməd Rəhimov atasının səhhətinə görə Bakıya köçdüyünü bildirib:

"Mən uzun illər xaricdə yaşamışam. Atamın səhhəti məni çox narahat edirdi. Buna görə də Bakıya köçmək qərarına gəldim. Bu, mənim oğul kimi borcumdur. Hələlik Bakıdayam. Yenidən xaricə qayıdıb-qayıtmayacağım isə hələ bəlli deyil".

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Rəhimov 2011-ci ildə mikroinsult keçirib. O, 2022-ci ildə isə açıq ürək əməliyyatı olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar