Sizin Reklam Burada
Xəbər lenti
08-07-2026
BÜTÜN XƏBƏRLƏR

"Söz odası" jurnalının növbəti sayı oxucuların ixtiyarında...

Tarix: 09-07-2026 11:39     Baxış: 339 A- / A+
"Söz odası" jurnalının ikinci sayı işıq üzü görüb. 
Manevr.az xəbər verir ki, jurnalın bu nömrəsində də müxtəlif mövzularda maraqlı yazılar yer alıb. Doktor Nağdəli Zamanovun "Aşıq Şəmşir yaradıcılığında tibbi etika" adlı elmi məqaləsi ilə başlayan dərgi şair-publisist Əkbər Qoşalının Sabir Rüstəmxanlı yaradıcılığına həsr etdiyi yazı ilə davam edir. "Ədəbiyyat tarixi" rubrikasında Gəncə Dövlət Universitetinin müəllimi Vüsal Hicranın "Nizami Gəncəvinin "Leyli və Məcnun " poemasının filoloji tərcüməsinə bir baxış" sərlövhəli araşdırma yazısı əsərin orjinalı ilə müxtəlif tərcümələrin müqayisəli təhlili baxımından xüsusi ilə diqqət çəkir.
Poeziya səhifələrində tanınmış el şairi Bimar Əlinin, Ərəstun Kamalın, Ruqiyyə Səmədin, İsmayıl İmanzadənin, Rahilə Hüseynqızının, Məmməd Mərzilinin, Sevinc Azadlığın, Daşqın Ziyəddinoğlunun, Rahim Üçoğlanlının, German Hüseynovun, Adil Həmidin, Namiq Zamanın, Elşən Qulusoyun, İbad Məmmədovun və Kərəm Kəlbəcərlinin çeşidli mövzularda yazdıqları şeirlər jurnalının poetik çəkisini müəyyən edir. 
Nəsr bölməsində Afaq Rəhimovanın essesi,  Elşən Əzimin və Zümrüd Rəhimovanın hekayələri yer alıb. 
Folklor rubrikasında İlham Qəhrəmanın topladığı folklor nümunələri, Jalə Nağıyevanın qırğız komuzunun mifoloji kökləri ilə bağlı yazısı da Azərbaycan və ümumtürk folklor ənənələrinin təbliği baxımından xüsusi yer tutur.
Jurnalın səhifələrini rəssam Afaq Rəhimovanın qrafika və kubizm janrında çəkdiyi rəsm əsərləri bəzəyir. Eyni zamanda gənc rəssamlar Ləman Mahmudzadənin və Aylin Mehdizadənin rəsm əsərləri "Bizim sərgi " rubrikasında təqdim olunur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar