Xəbər lenti
Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı
Manevr.az xəbər verir ki, bu barədə qaynarinfo-ya AYB-nin əməkdaşı Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, bu qərar birliyin qəbul komissiyası tərəfindən verilib.
"5 il ərzində üzvlük haqqını ödəməyən şair və yazıçıların Yazıçılar Birliyindən xaric edilməsi ilə bağlı qərardan sonra üzvlük haqlarının ödənilməsində canlanma müşahidə olunur. Üzvlük haqqı ildə bir dəfə ödənilir. Biz üzvlərdən gecikdirilmiş ödənişlərin edilməsini tələb edirdik", deyə Xəyal Rza bildirib.
AYB təmsilçisi onu da əlavə edib ki, birliyə üzvlük üçün edilən müraciətlərə yalnız qurultaydan sonra baxılacaq:
"Qurultayın 2027-ci ilin payızında keçirilməsi nəzərdə tutulur".
Xatırladaq ki, bir müddət əvvəl AYB üzvlük haqqını ödəməyən bir qrup şair və yazıçını qurumdan xaric edib. İllik üzvlük haqqı 15 manat təşkil edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































