Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

Arif Babayevin qəbrinə yazılmış söz müzakirələrə səbəb oldu – FOTO

Tarix: 11-05-2026 11:56     Baxış: 477 A- / A+

Mərhum xanəndə Arif Babayevin qəbirüstü abidəsində yazılan "Şərqdə ilk muğam professoru" ifadəsi ətrafında yaranan müzakirələri görüb, münasibət bildirmək istəyirəm. Mərhum Arif müəllim 1996-cı ildə Şərqdə xanəndəlik ixtisası üzrə professor adını alan ilk şəxsdir. O, sırf xanəndəlik (muğam ifaçılığı) ixtisası üzrə professor adını alan ilk sənətkardır.

Manevr.az xəbər verir ki, bu sözləri tarix üzrə araşdırmaçı, dosent Zaur Əliyev bildirib.
Xüsusilə bildirim ki, Arif dayı 1996-cı ildə bu adı alaraq muğam ifaçılığının bir akademik elm olduğunu rəsmiləşdirən şəxsdir. Bu, akademik standartlara uyğun olaraq sənədləşdirilmiş ilk rəsmi addır və dünya elmi təsdiq edir.
Buna görə də qəbirüstü abidədə yazılan söz düzdür. Bunu müzakirə etməyin nə mənası var?
Şərqdə ilk professor adı 1940-cı ildə "Azərbaycan xalq musiqisinin əsasları" elmi tədqiqat işinə görə Üzeyir bəy Hacıbəyli alıb. İlk "musiqi professoru" məhz Üzeyir bəy olub.
1940-cı ildə də Şərqdə ilk dəfə Bülbül musiqi elmi və vokal üzrə professor adını alıb.
Səid Rüstəmov da professor olub. Tarzən və bəstəkar kimi xalq musiqisinin tədrisi sahəsində ilk professorlardan biridir.
Ramiz Zöhrabovda muğamın sırf nəzəri tərəfini elmi-akademik səviyyədə araşdıraraq professor adını alan ilk musiqişünaslardan hesab olunur.
Şərqdə digər muğam ustaları da olub - Özbəkistan və İranda. Lakin onların adı tarixə professor kimi yox, master (magistr) kimi düşüb./globalinfo.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar