Xəbər lenti
Arif Babayevin qəbrinə yazılmış söz müzakirələrə səbəb oldu – FOTO

Mərhum xanəndə Arif Babayevin qəbirüstü abidəsində yazılan "Şərqdə ilk muğam professoru" ifadəsi ətrafında yaranan müzakirələri görüb, münasibət bildirmək istəyirəm. Mərhum Arif müəllim 1996-cı ildə Şərqdə xanəndəlik ixtisası üzrə professor adını alan ilk şəxsdir. O, sırf xanəndəlik (muğam ifaçılığı) ixtisası üzrə professor adını alan ilk sənətkardır.
Manevr.az xəbər verir ki, bu sözləri tarix üzrə araşdırmaçı, dosent Zaur Əliyev bildirib.
Xüsusilə bildirim ki, Arif dayı 1996-cı ildə bu adı alaraq muğam ifaçılığının bir akademik elm olduğunu rəsmiləşdirən şəxsdir. Bu, akademik standartlara uyğun olaraq sənədləşdirilmiş ilk rəsmi addır və dünya elmi təsdiq edir.
Buna görə də qəbirüstü abidədə yazılan söz düzdür. Bunu müzakirə etməyin nə mənası var?
Şərqdə ilk professor adı 1940-cı ildə "Azərbaycan xalq musiqisinin əsasları" elmi tədqiqat işinə görə Üzeyir bəy Hacıbəyli alıb. İlk "musiqi professoru" məhz Üzeyir bəy olub.
1940-cı ildə də Şərqdə ilk dəfə Bülbül musiqi elmi və vokal üzrə professor adını alıb.
Səid Rüstəmov da professor olub. Tarzən və bəstəkar kimi xalq musiqisinin tədrisi sahəsində ilk professorlardan biridir.
Ramiz Zöhrabovda muğamın sırf nəzəri tərəfini elmi-akademik səviyyədə araşdıraraq professor adını alan ilk musiqişünaslardan hesab olunur.
Şərqdə digər muğam ustaları da olub - Özbəkistan və İranda. Lakin onların adı tarixə professor kimi yox, master (magistr) kimi düşüb./globalinfo.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































