Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəblimiz Gürcüstanda keçirilən Beynəlxalq Müsiqi Festivalında laureat olub -FOTO

Tarix: 24-07-2017 12:55     Baxış: 6611 A- / A+
Məktəblimiz Gürcüstanda keçirilən Beynəlxalq Müsiqi Festivalında laureat olub

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Qubadlı rayon nümayəndəliyi Fəxrəddin Hüseynov adına Mahmudlu kənd musiqi məktəbinin üçüncü sinif şagirdi Əminə Yaqut Nəsirli Gürcüstanın Barjomi şəhərində keçirilmiş VI “Harmoniya Borjomi 2017” Beynəlxalq Müsiqi Festivalına qatılaraq uğurlu çıxış edib və festivalın laureatı adının qazanıb. Pianoçu həmyerlimiz müsabiqədə bəstəkarlar Edvard Qriqin “Yolster rəqsi” və Azər Dadaşovun “Məzəli rəqs” əsərlərini ifa edib.

Əminə Yaqutun müəllimi İradə Abdullayeva təəssüratlarını bölüşərək deyib: “Bu yarışmada Azərbaycanın adının yüksəldilməsi üçün var gücümüzlə çalışdıq. İnanırdım ki, şagirdlərimiz gözəl nəticələr göstərəcəklər. Xüsusən, Əminə Yaqutun çıxışı çox uğurlu alındı. Şadam ki, çəkdiyimiz əziyyətlər yerdə qalmadı”.

Xatırladaq ki, Festivalda Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər. Hər il olduğu kimi, budəfəki festivalda da musiqi məktəblərinin şagirdləri klassik və müasir solo, fortepiano, skripka və digər alətlər üçün yazılmış əsərləri ustalıqla nümayiş etdiriblər.

Qeyd edək ki, Azərbaycanın müxtəlif musiqi məktəblərinin şagirdləri festivalda fəal çıxış edərək müxtəlif nominasiyalar üzrə qalib olublar. Qaliblər festivalın fəxri diplomları ilə təltif olunublar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar