Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Mətbuat günü Qaradağda belə qeyd edildi - FOTOLAR

Tarix: 21-07-2017 23:03     Baxış: 4348 A- / A+
Milli Mətbuat günü Qaradağda belə qeyd edildi


21 iyul 2017-cı il tarixində 22 iyul Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilib.

Manevr.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçı cənab Süleyman Mikayılov, aparatın məsul işçiləri, "Azərbaycan”, "Xalq”, "Respublika”, "İki Sahil”, "Yeni Azərbaycan”, "Kaspi”, " Yeni Müsavat” və digər qəzetlərin, "AzərTac”, "Səs” İnformasiya Agentliklərinin, Az.TV, İctimai, ATV, Xəzər, Lider televiziya kanallarının, "Unikal.org","Trend”, "Day.az” və digər saytların əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Milli mətbuatımızın yaranmasından 142 il ötdüyünü bildirərək, bütün mətbuat nümayəndələrini ürəkdən təbrik edib.

Qeyd etmişdir ki, 142 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər.

Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir.

Natiq Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin aradan qaldırılaraq, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının təkmilləşdirilərək KİV haqqında Qanunun təsdiq olunmasını vurğulayıb.

Bu gün də hörmətli Prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazasının gücləndirildiyini, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir. Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.

Milli Mətbuat günü Qaradağda belə qeyd edildi
Milli Mətbuat günü Qaradağda belə qeyd edildi
Milli Mətbuat günü Qaradağda belə qeyd edildi
Milli Mətbuat günü Qaradağda belə qeyd edildi
Milli Mətbuat günü Qaradağda belə qeyd edildi


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar