Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı aktyor "Belarusfilm"ə dəvət alıb

Tarix: 21-07-2017 19:28     Baxış: 5421 A- / A+
Azərbaycanlı aktyor

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru “Belarusfilm”ə dəvət alıb.
Bu barədə Teatrın mətbuat xidmətindən məlumat verilib.
Xarici və MDB ölkələrinin teatrları ilə sıx əməkdaşlıq edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bu dəfə dost ölkədən film təklifi gəlib. Teatrın aktyoru, Kalmıkiyanın Əməkdar artisti İlham Əsədov “Belarusfilm”dən dəvət alıb. Azərbaycanlı aktyor kriminal janrda lentə alınacaq filmdə həbsxana nəzarətçisi obrazını yaradacaq. Aktyor yaradıcı heyətlə bağladığı müqaviləyə əsasən film haqqında ətraflı məlumat verməsə də diqqətə çatdırıb ki, bu ilin avqustun 5-də çəkilişləri başlanacaq bədii filmin 2018-ci ilin may ayında ekranlara çıxarılması planlaşdırılır.
Aktyor iki il bundan əvvəl filmlə bağlı elan edilən kastinq nəticəsində yaradıcı heyət tərəfindən bəyənilərək çəkiliş üçün dəvət alıb.
Qeyd edək ki, İ.Əsədov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino” aktyorluğu fakültəsini bitirib. 2003-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2016-cı ildə Kalmıkiyanın Əməkdar artisti fəxri adına layiq görülüb.axsam.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar