Sizin Reklam Burada
Xəbər lenti
12-06-2026
11-06-2026
10-06-2026
BÜTÜN XƏBƏRLƏR

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Tarix: 14-03-2026 17:07     Baxış: 4205 A- / A+
Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...
Məlum olduğu kimi, ötən gün görkəmli tarixçi alim İlber Ortaylı vəfat edib.
Manevr.az xəbər verir ki, türk dünyasının ortaq yaddaşını təmsil edən 78 yaşlı professorun elmi fəaliyyətində Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına həsr olunmuş araşdırmalar da xüsusi yer tutur.
İ.Ortaylı dəfələrlə Azərbaycana səfər edib, ölkəmizin tanınmış simaları və elm adamları ilə sıx əlaqələri olub. Həmin əlaqələr ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayıb.
 
Bu məqamda sosial şəbəkələrin Azərbaycan seqmentində İlber Ortaylı, Xalq şairi Bəxtiyar Vahabzadə, Xalq yazıçıları Əzizə Cəfərzadə və Elçin Əfəndiyev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, həmçinin digər ədiblərin yer aldığı foto yenidən yayımlanıb.

Həmin şəkil “Vətən” Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən 1988-ci ildə Mirzə Fətəli Axundzadənin anadan olmasının 175 illiyi keçirilən zaman “Ədəbiyyat” qəzetinin fotomüxbiri Rasim Sadıxov tərəfindən çəkilib.
İ.Ortaylı o zaman İstanbulda Topqapı Muzeyinin direktoru vəzifəsini icra edirdi.qafqazinfo



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar